9e6c10df-d436-4a28-b308-d0eb5b7e4507..jpg

Suqovuşanda aparılan quruculuq işlərindən son görüntülər – VİDEO

Baxış sayı: 510 dəfə baxılıb.

Suqovuşanda aparılan quruculuq işlərindən son görüntülər – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Suqovuşanda quruculuq işləri davam etdirilir.

Bununla bağlı Azərbaycan Dövlət Televiziyası (AzTV) reportaj hazırlayıb.

Qeyd edilib ki, qızğın döyüşlər getdiyi bir vaxtda Tərtərdən Suqovuşana 28,5
km yol çəkildi. Ardınca uzunluğu 22 kilometr olan yeni layihə ilə Suqovuşan
Naftalanla əlaqələndirildi. Həmçinin alternativ yol da istifadəyə verildi.
Düşmənin illər ərzində söküb daşıdığı, yararsız vəziyyətə gətirdiyi enerji
infrastrukturu yenidən quruldu. İki kiçik su elektrik stansiyası istismara
verildi. Suqovuşan elektrik enerjisi ilə tam təmin olundu.

Yeni hərbi hissənin istifadəyə verilməsi ilə Suqovuşan istiqamətində
təhlükəsizlik tam təmin olundu. Düşmənə revanşizmə yer yoxdur mesajı verildi.
Təhsil ənənələri də bərpa olundu, çoxmərtəbəli binalar tikildi. Tikilən evlər
isə bir il sonra sakinlərin istifadəsinə veriləcək.

Daha ətraflı AzTV-nin süjetində:


Source link