506861ec-933a-43f8-88d9-53fdb56b263c..jpg

Şura sədri: “Türkiyə ilə Azərbaycan elm və texnologiya sahəsində qüvvətləndikcə daha böyük gücə çevrilirlər”

Baxış sayı: 455 dəfə baxılıb.

Şura sədri: “Türkiyə ilə Azərbaycan elm və texnologiya sahəsində
qüvvətləndikcə daha böyük gücə çevrilirlər”

“Türkiyə ilə Azərbaycan elm və texnologiya sahəsində qüvvətləndikcə bölgə
ölkələri arasında daha böyük gücə çevrilirlər”.

Bunu “Report”un Ankara bürosuna açıqlamasında Türkiyənin Ali Təhsil Şurasının
(YÖK) sədri Erol Özvar bildirib.

Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə törətdiyi növbəti
təxribatlara münasibət bildirən YÖK rəhbəri deyib ki, regionda sülhün və
əmin-amanlığın bərqərar olması üçün elmi tərəqqiyə ehtiyac var. Onun fikrincə,
son illərdə Azərbaycanla Türkiyənin əlaqələri sürətlə inkişaf edir:

“Bu baxımdan, Türkiyə Ali Təhsil Şurası olaraq iki qardaş ölkənin
universitetləri arasında əlaqələrin, elm-təhsil sahəsində əməkdaşlığın daha da
müsbət istiqamət almasında maraqlıyıq. Hər iki qardaş ölkənin liderləri ortaq
bir iradə nümayiş etdirərək Türkiyə-Azərbaycan Universitetinin qurulmasına
vəsilə oldular. Bu məsələdə azərbaycanlı həmkarlarımızla bərabər çalışırıq.
Texnologiyalar sahəsində əldə etdiyimiz mühüm uğurlar, “TEKNOFEST-2023”də özünü
bariz şəkildə büruzə verdi. Biz inanırıq ki, Türkiyədəki ali təhsil
məktəblərinin təcrübəsi Azərbaycan gəncləri üçün də cəlbedicidir. Azərbaycandan
çox sayda tələbənin Türkiyədə təhsilinə şərait yaradırıq. O cümlədən də
Türkiyədə təhsil almaq istəyən bütün türk dünyası gənclərinə.

Nəzərə alsaq ki, biz elm və texnologiyalar əsrində yaşayırıq, ona görə də ilk
növbədə elmin inkişafına dəstək verməliyik. Türkiyə və Azərbaycan elm və
texnologiya sahəsində nə qədər güclü olarsa, bölgə ölkələri arasında da,
dünyada da o qədər sayğılı və güclü olarlar”.

Source link