11e4a501-526d-4a86-a8d4-c021699facbd.jpg

Suraxanı rayonu, Əmircan qəsəbəsi sakinləri yolun şəraitsizliyindən ŞİKAYƏTÇİDİRLƏR

Baxış sayı: 120 dəfə baxılıb.

Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Mirmehdi Seyidzadə küçəsinin
sakinləri yolun şəraitsizliyindən narazıdırlar.

Bu barədə sakinlər Cixisyolu.com-a ünvanladıqları şikayətdə qeyd ediblər.

Sözügedən ərazidən görüntüləri təqdim edirik:

Məsələ ilə bağlı Cixisyolu.com-ın sorğusuna cavab olaraq Suraxanı Rayon İcra
Hakimiyyətindən bildirilib ki, rayon ərazisində asfaltlanmasına ehtiyacı olan
bütün küçələrin təmir olunması ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət
Agentliyinə (AAYDA) ötən ay rəsmi məktub ünvanlanıb.

AAYDA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli sorğumuza cavab
olaraq bildirib ki, qəsəbədaxili küçə və yolların təmiri agentlik tərəfindən
yalnız investisiya proqramları çərçivəsində öz həllini tapır:

“Çünki bu cür ərazilər agentliyin balansında deyil və yerli icra strukturları
tərəfindən həmin küçələrin asfaltlanması ilə bağlı təkliflər hazırlanaraq
aidiyyəti üzrə təqdim olunur. Bu təkliflər əsasında dövlət investisiya
proqramına daxil edilir. Daxil edildikdən sonra həmin investisiya proqramı
çərçivəsində bu cür küçə və yollarda təmir işlərinin aparılması agentliyə
həvalə olunur. Əgər bununla bağlı yerli icra hakimiyyəti tərəfindən müraciət
olunubsa, təklif olaraq verilibsə, növbəti investisiya proqramına daxil
ediləcəyi təqdirdə tərəfimizdən həmin ərazilərdə təmir işləri aparıla bilər”.

Aygün Mirakif

Source link