596a11b5-9265-45ae-a4f6-0fc25c48f8ee..jpg

Suraxanıda avtomobillərdən bank kartları oğurlamaqda şübhəli bilinən şəxs tutulub – FOTO/VİDEO

Baxış sayı: 675 dəfə baxılıb.

Suraxanıda avtomobillərdən bank kartları oğurlamaqda şübhəli bilinən şəxs
tutulub – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Suraxanıda avtomobillərdən oğurladığı bank kartları ilə marketlərdən
alış-veriş edən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Suraxanı rayonu Qaraçuxur qəsəbəsində ayrı-ayrı şəxslərə məxsus
dörd avtomobilin şüşəsinin sındırılaraq nəqliyyat vasitələrinin salonlarından
telefon, notbuk, bank kartları, pul və digər qiymətli əşyaların oğurlanması
barədə polisə məlumat daxil olub.

Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 32-ci Polis Bölməsinin əməkdaşlarının
həyata keçirdikləri tədbirlər nəticəsində əmlakı qəsdən məhvetmə və oğurluqda
şübhəli bilinən paytaxt sakini 1994-cü il təvəllüdlü Əli Səfərov saxlanılıb.
Onun üzərindən şəxsi istifadəsi üçün əldə etdiyi psixotrop maddə metamfetamin
də aşkarlanıb. Qeyd edək ki, saxlanılan şəxs oğurladığı bank kartlarının bir
neçəsi ilə mağazalardan alış-veriş etməyə də cəhd göstərib. Onun bu hərəkətləri
təhlükəsizlik kameraları vasitəsilə lentə alınıb.

Faktlarla bağlı Suraxanı RPİ-nin 32-Polis Bölməsində araşdırmalar davam
etdirilir. Ə.Səfərovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu
barədə polisə məlumat verə bilərlər.


Source link