d80ccfc0-4369-49eb-97b0-f4e971beea82..jpg

Suraxanıda qadını kirayə qaldığı evdə öldürüblər – YENİLƏNİB + VİDEO

Baxış sayı: 478 dəfə baxılıb.

Suraxanıda qadını kirayə qaldığı evdə öldürüblər – YENİLƏNİB + VİDEO

Növbəti qadın cinayətinin ünvanı Suraxanı rayonu Hövsan qəsəbəsidir. Belə ki,
45 yaşlı Könül Cəfərova tanışı Hüseynov Səbuhi tərəfindən yaşadığı mənzildə
paltarla boğularaq qətlə yetirilib.

Mərhumun qonşularının dediyinə görə, K.Cəfərova kirayədə qalıb. Əvvəl bağçada
işləyib. Dul qadın olub, bir qızı və bir nəvəsi var.

Qeyd edək ki, Könül Cəfərovanı paltarla boğan Səbuhi Hüseynov polisə gedərək
könüllü təslim olub.

11:56

Avqust ayının 24-ü saat 22:00 radələrində Suraxanı rayon sakini 1977-ci il
təvəllüdlü Könül Cəfərovanın yaşadığı evdə ölməsi barədə rayon prokurorluğuna
məlumat daxil olub.

Bu barədə Suraxanı Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, araşdırma zamanı 1986-cı il təvəllüdlü Səbuhi Hüseynovun
aralarında yaranmış mübahisə zamanı tanışı Könül Cəfərovanı paltar vasitəsilə
boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci
(qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb, Səbuhi Hüseynov şübhəli
şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam etdirilir.


Source link