Suriya ordusu Homs vilayətində yerləşən hərbi aerodroma endirilən raket zərbələrini dəf edib.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə SANA agentliyi məlumatlı mənbəyə istinadən informasiya yayıb.
Agentliyin məlumatına görə, bütün raketlər Suriyanın HHM sistemləri tərəfindən havada zərərsizləşdirilib.
Raket hücumu nəticəsində aerodromun yerləşdiyi rayonda bir neçə partlayış baş verib. Ölən və yaralılar barədə hələ ki, məlumat yoxdur. Həmçinin hücumun hansı qüvvələr tərəfindən həyata keçirildiyi açıqlanmır.