Suriya Cənubi Osetiya və Abxaziyanı tanıdı, sonra nə olacaq? – ŞƏRH

Suriya Cənubi Osetiya və Abxaziyanı tanıdı, sonra nə olacaq? – ŞƏRH

Baxış sayı: 2. 141 dəfə baxılıb.

Suriyanın Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıması prosesinə uzun müddət lazım olub. Bu işlər ərzində Rusiya tərəfinin yaxından iştirakı ilə əsas problemli məqamlar müəyyən edilib 

Bu sözləri ÇıxışYolu.Com-a açıqlamasında rusiyalı bloger, siyasi təhqiqatçı Denis Korkodinov deyib. 

Onun sözlərinə görə, mayın 18-də Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin rəhbəri Aleksey Pavlovskov ilə Cənubi Osetiya, Abxaziya və “DQR” nümayəndələri arasında görüş olub. 

“Bu görüş, çox güman ki, Suriya nümayəndələri üçün əsas olub.

Yeni yaradılmış siyasət subyektləri vasitəsilə Kreml beynəlxalq tərəfdaşlara təsirlərini artırmaq üçün “böyük oyunlar”da mübahisəli torpaqlardan istifadə etməklə Qafqaz regionunda və Dnestryanı ərazidə yeni gərginlik ocaqları yaratmağa çalışır”, – ekspert bildirib. 

Ancaq, o qeyd edib ki, bu çox şübhə doğurur, çünki suverenliklə oynamaqla Moskva fiaskoya uğraya və sovet ittifaqı ölkələrində anti-Rusiya əhvalına gətirib çıxara bilər. 

“Belə ki, Gürcüstan Moskvanın təzyiqlərinə baxmayaraq, heç vaxt Cənubi Osetiya ilə Abxaziyanın müstəqilliyini tanımayacaq.  Gürcüstanın yarası sağalmamış Rusiya Suriyanın köməyi ilə öz varlığını bir daha xatırlatdı. 

Bundan başqa, Gürcüstan bundan sonra “Moskva-Tiflis-Abxaziya-İrəvan” marşrut xətti üzrə dəmir yolu layihəsinin icrasına razılıq verməyəcək. 

Buna görə, Cənubi Osetiya və Abxaziyanın tanınması prosesinin aktuallaşması Rusiyanın xarici təhlükəsizliyinə təhdid yaradır və praktiki olaraq “Rusiya-Ermənistan” dəmir yolu xəttinin tikintisi ilə bağlı layihəsinin üzərindən xətt çəkir”, – Korkodinov deyib. 

Əli Məmmədov
www.ÇıxışYolu.Com