Suriyanın Havadan müdafiə qüvvələri İsrail hərbi təyyarələrinin Dəməşq Beynəlxalq hava limanına endirdiyi raket zərbələrini dəf edib.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Suriya hərbi mənbələri bildirib.
Bakı vaxtı ilə 22.50 radələrində Dəməşqdə bir neçə güclü partlayış baş verib.
Suriya tərəfinin bir neçə raketi vurduğu bildirilir.
İlkin məlumatlara əsasən, ölən və yaralanan yoxdur. Hadisə zamanı yalnız maddi ziyan vurulub.