Suriyanın SANA xəbər agentliyi, Bəşər Əsədə sadiq qüvvələrin Şərqi Qutada kimya laboratoriyası aşkarladığı haqqında məlumat yayıb.
ÇıxışYolu.Com xəbər verir ki, agentliyin iddiasına görə, üsyançılar həmin laboratoriyada məhz kimyəvi silah hazırlayıb.
Aşkarlanan xüsusi saxlanclarda xlorlu zəhərləyici maddələr olub. Eyni zamanda ərazidə toksik maddələrlə iş zamanı istifadə olunan qoruyucu vasitələr , o cümlədən maska və kostyumların tapıldığı deyilir.