Suriya ordusu İdlib əyaləti ilə sərhəddə yerləşən beş yaşayış məntəqəsini “Ən Nüsra” döyüşçülərindən azad edib.
Al-Watan nəşri yazır ki, hökumət qoşunları əl-Arima, Midan Qazal, əl-Camaziya, Bab at-Taka və əl-Müstarihə kəndlərinə nəzarəti ələ keçirib.
İdlib əyaləti Suriyada silahlı qruplaşmaların nəzarətində qalan yeganə əyalətdir. Yaşayış məntəqələrinin əksəriyyəti “Ən Nüsra”nın nəzarətindədir.