Suriyanın Latakiya şəhəri raket hücumuna məruz qalıb.
ÇıxışYolu.Com Suriya dövlət agentliyi olan SANA-ya istinadən xəbər verir ki, Suriya Hava-Hücumundan Müdafiə qüvvələri raketləri zərərsizləşdirə bilib.
Bildirilir ki, dənizdən atılan raketlər texniki sahələrlə bağlı obyektlərə hədəflənmişdi.
Zərbələr nəticəsində 7 nəfər yaralanıb.
Qeyd edək ki, bir müddət öncə Suriya Hava-Hücumundan Müdafiə qüvvələrinin İsrailin Dəməşq hava limanına raket zərbələrini dəf etdiyi barədə məlumat yayılıb.