Suriyada 70 fransalı hərbçi tutulub

Suriyada 70 fransalı hərbçi tutulub

Baxış sayı: 1. 971 dəfə baxılıb.

Bəşər Əsəd ordusu YPQ/PKK terrorçularına dəstək məqsədi ilə Suriyada döyüşən bir qrup fransalı hərbçini saxlayıb.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Məlumata görə, Əsədə sadiq qüvvələr Hasəkə əyalətinin Qamışlı rayonunda 70-ə yaxın fransalı hərbçini tutub. Hərbçilər iyirmi cipdən ibarət karvanla Deyr-əz-Zor istiqamətində hərəkət edib.

Onlar YPQ/PKK-nın nəzarətində olan nəzarət buraxılış məntəqəsindən keçmək əvəzinə alternativ marşrutla hərəkət edib və beləcə Əsəd rejiminin blokpostuna düşüb.

Fransız hərbçilər sorğu-sual edildikdən sonra YPQ nümayəndələri blokposta yaxınlaşıb və hərbçilərin İŞİD-ə qarşı mübarizədə onlara dəstək göstərdiklərini təsdiq edib.

Danışıqlardan sonra fransızlar sərbəst buraxılıb və hərbçiləri daşıyan karvan Qamışlının rayon mərkəzinə geri dönüb.

.
www.ÇıxışYolu.Com