Pentaqon Suriyanın şimalında yerləşən Mənbic şəhərində baş vermiş partlayışla bağlı araşdırma aparır. Partlayış nəticəsində bir amerikalı əsgər və beynəlxalq koalisiyanın hərbçisi həlak olub.
ÇıxışYolu.Com TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ müdafiə nazirliyinin rəsmisi Rayan Dillon açıqlama verib.
“Baş verən hadisəyə görə kimin məsuliyyət daşıdığını müəyyən etmək üçün araşdırma başlanılıb. Bizdə artıq ilkin ehtimallar var. Ancaq araşdırma yekunlaşana qədər mətbuata açıqlama verilməyəcək” deyə rəsmi nümayəndə bildirib.
Məlumata görə, yola quraşdırılmış kustar üsulla hazırlanmış partlayıcı qurğunun işə düşməsi nəticəsində iki hərbçi həlak olub, beş nəfər yaralanıb. Həlak olan digər hərbçinin milliyyəti barədə məlumat yoxdur.