Suriyada İran hərbi bazasında partlayış

Suriyada İran hərbi bazasında partlayış

Baxış sayı: 2. 014 dəfə baxılıb.

Suriyanın paytaxtı Şam yaxınlığındakı İran hərbi bazasında şiddətli partlayış baş verib. 

ÇıxışYolu.Com bununla bağlı Türkiyə KİV-ə istinadla xəbər verir. 

Gecə saatlarında baş verən partlayışın İsrail ordusunun hücumu nəticəsində baş verdiyi iddia edilib. 

Ölən və yaralananlarla bağlı hələlik heç bir məlumat verilmir.

Ötən həftə İsrail qırıcılarının Hama yaxınlığındakı hərbi aerodroma atdığı raket nəticəsində azı 11 əsgər həlak olmuşdu. 

Samir İsayev 
www.ÇıxışYolu.Com