Suriyada neftqayırma zavodunda partlayış nəticəsində 1 nəfər ölüb, bir neçəsi isə yaralanıb.
“Reuters” xəbər verir ki, hadisə Baniyas şəhərində neft emalı zavodunda qeydə alınıb.
Partlayış rezervuarların birində texniki işlərin aparılmasından sonra baş verib.
Hadisənin təfərrüatları araşdırılır.