Suriyada qızğın döyüşlər: İŞİD 30 hərbçini öldürüb

Suriyada qızğın döyüşlər: İŞİD 30 hərbçini öldürüb

Baxış sayı: 2. 146 dəfə baxılıb.

Dəməşqin cənubunda yerləşən Yarmuk düşərgəsində Bəşər Əsədə sadiq ordu qüvvələri ilə İŞİD qruplaşmasının yaraqlıları arasında qızğın döyüşlər gedir.

ÇıxışYolu.Com “Newsru.co.il”a istinadən xəbər verir ki, toqquşmalarda azı 30 suriyalı hərbçi həlak olub.

Londonda qərarlaşan Suriya insan haqları müşahidə qrupuna görə, İŞİD qruplaşmasının üzvləri qəfil hücum taktikasından istifadə edir və Bəşər Əsəd qüvvələrinə zərbələr endirdikdən sonra dərhal geri çəkilir.

Təşkilatın rəsmisi İŞİD-in düşərgə ərazisinin 80 faizinə nəzarət etdiyini bildirib. Yaxınlıqdakı Əl-Həcər əl-Əsvad şəhərinin 60 faizini geri alan Əsəd qoşunları İŞİD-ə qarşı əməliyyatlarda artilleriya və hərbi aviasiyadan istifadə edir.

.
www.ÇıxışYolu.Com