Suriyanın şərqində Rusiya ordusuna aid “Ka-52” helikopteri qəzaya uğrayıb.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi jurnalistlərə açıqlama verib.
Helikopterin yerə çırpılması nəticəsində hər iki pilot həlak olub.
Hadisə planlı uçuş zamanı baş verib. İlkin ehtimala görə, qəzaya səbəb texniki nasazlıq olub.
Həlak olmuş pilotların meyitləri onların təhkim olunduqları hərbi bazaya çatdırılıb.