Suriyanın qaynar nöqtələrindən sayılan Şərqi Quta qəsəbəsində rusiyalı jurnalistlər atəşə tutulub.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
“Aprelin 11-də, 18:20 radələrində Şərqi Qutadakı vəziyyətlə bağlı süjet hazırladıqdan sonra geri dönən rusiyalı jurnalistlərin olduğu avtobusa naməlum şəxslər silahlardan atəş açıb”, – deyə bəyanatda qeyd olunub.
İnformasiyaya görə, açılan atəşdən NTV telekanalının müxbiri Aleksey İvlev, “Rossiya 1” telekanalının operatoru Mixayil Vitkin və “Zvezda” telekanalının operatoru Vladislav Dodonov ayaq nayihələrində yüngül yaralanıb.