Suriya İraq sərhədində yerləşən Əbu Kəmal bölgəsində Bəşər Əsədə sadiq qüvvələrlə İŞİD yaraqlıları arasında şiddətli döyüşlər gedir.
ÇıxışYolu.Com TASS-a istinadən xəbər verir ki, terrorçular yaşayış məntəqəsinin kənarındakı ərazilərə hücumlar edir.
Terrorçular orduya aid blokpostların yaxınlığında 10 avtomobili partladıb.
İlkin məlumata görə, hücumlar zamanı 25 nəfər həlak olub.