Suriya silahlı qüvvələri ilə İŞİD qruplaşmasının üzvləri arasında gedən şiddətli döyüşün səmadan çəkilmiş görüntüsü yayılıb.
ÇıxışYolu.Com xəbər verir ki, video-material Yaxın Şərqdə terrorçuların fəaliyyətinin monitorinqini aparan “Directorate 4” təşkilatının “Telegram” kanalına dərc olunub.
Təşkilatın məlumatına görə, silahlı toqquşma Dəməşqin cənubunda yerləşən Tədamun rayonunda qeydə alınıb.
Pilotsuz uçan aparatdan çəkilmiş kadrları Suriya dövlət telekanalı əldə edib. Döyüşün dəqiq tarixi bəlli deyil.
Habelə, aprelin 20-də yaraqlılar Dəməşqin cənubunda olan rayonları minaatanlardan atəşə tutub. Hücum nəticəsində dörd nəfər həlak olub, 52 nəfər yaralanıb.