26e07480-20af-48cf-84c8-efb962a65a90..jpg

Suriyada Türkiyənin hərbi bazasına hücum olub: Yaralananlar var

Baxış sayı: 393 dəfə baxılıb.

Suriyada Türkiyənin hərbi bazasına hücum olub: Yaralananlar var

Suriyanın PKK/YPG təşkilatının nəzarətindəki Tel-Rıfatın ətrafından
terrorçular tərəfindən axşam saatlarında Dabık bölgəsindəki Türkiyə Silahlı
Qüvvələrinin (TSQ) yerləşdiyi əraziyə reaktiv yaylım atəş sistemi vasitəsilə
hücum olub.

Bildirilib ki, hadisədə 5 özəl hərəkat polisi və 3 hərbçi yaralanıb. Yaralılar
Türkiyənin Qaziantep və Kilis şəhərlərinə təxliyə ediliblər.

TSQ terrorçuları haubitsa və raket buraxıcı qurğularla cavab atəşinə tutub.

Mənbə: DHA

Source link