Suriyalı əsgəri “canlı aviabombaya” çevirdilər

Suriyalı əsgəri “canlı aviabombaya” çevirdilər

Baxış sayı: 2. 621 dəfə baxılıb.

İŞİD terror qruplaşmasının yaraqlıları Suriya Hökumət Ordusunun əsgərinin başına partlayıcı bağlayaraq binadan atıblar.

ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə terrorçuların fəaliyyətinin monitorinqi ilə məşğul olan “Directorate 4” “Telegram” kanalı məlumat yayıb.

Nəşrin məlumatına əsasən, insident Dəməşqin cənubunda, ekstremistlərin Yarmuk təlim düşərgəsində baş verib. 

Qeyd edilir ki, bu edamla yaraqlılar guya Rusiya tərəfindən İŞİD mövqelərinin bombardman edilməsini göstərmək istəyiblər.

Suriyalı əsgərin terrorçuların əlinə necə düşməsi barədə məlumat verilmir.

www.ÇıxışYolu.Com