“Suriyalı erməni qaçqınlar” məsələsi niyə Birgə Bəyanata daxil edilmədi?

“Suriyalı erməni qaçqınlar” məsələsi niyə Birgə Bəyanata daxil edilmədi?

Baxış sayı: 2. 400 dəfə baxılıb.

Avropa İttifaqı (Aİ) – Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin sədri Sayyad Kərim Milli Məclisdə (MM) keçirilən mətbuat konfransında Komitənin Birgə Bəyanatında Ermənistanın Dağlıq Qarabağda suriyalı erməni qaçqınları yerləşdirməkdən çəkinməsinə yönəlik Azərbaycan tərəfinin təklifinin qəbul edilməməsinə münasibət bildirib.  

ÇıxışYolu.Com-ın məlumatına görə, S.Kərim deyib ki, keçirilən müzakirələrdə Avropa İttifaqı və Azərbaycan parlamentinin nümayəndələri iştirak edib, qəbul edilən Birgə Bəyannamə hər iki tərəfin iradəsini əks etdirir.

O bildirib ki, Birgə Bəyanat səsverməyə çıxarılana qədər bir sıra düzəlişlər müzakirə edilib:

“İki parlament arasında müzakirələr üçün sağlam zəmin var. Bəyanat əməkdaşlığa dəstək verir. Dağlıq Qarabağ məsələsinə gəlincə, Bəyanatda sülh danışıqlarına dəstək ifadə olunur. Vacib məqam odur ki, münaqişənin həlli ilə bağlı açıq dialoqa dəstək verilir”.

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com