Suriyaya endiriləcək zərbələrin hədəfləri açıqlandı

Suriyaya endiriləcək zərbələrin hədəfləri açıqlandı

Baxış sayı: 1. 983 dəfə baxılıb.

Suriyaya hərbi zərbələrin endirilməsi ilə bağlı qərar qəbul olunsa, əsas hədəflər Suriya hakimiyyətinə aid kimyəvi obyektlər olacaq.

ÇıxışYolu.Com “Reuters”ə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron bildirib.

Makron əmin edib ki, zərbələr Suriya hakimiyyətinin müttəfiqlərinə və ya hər hansı konkret şəxslərə yönəlməyəcək. 

Fransa liderinin sözlərinə görə, “Əsəd ordusunun Duma şəhərinə etdiyi kimyəvi hücum”a cavab olaraq  hərbi müdaxilə ilə bağlı yekun qərar yaxın günlərdə qəbul olunacaq.

Makron onu da qeyd edib ki, müttəfiqlərin cavabının paralel olaraq “BMT TŞ-da  aparılan müzakirələr”lə heç bir əlaqəsi olmayacaq və son qərar ABŞ, Britaniya və Fransa arasında aparılacaq məşvərətdən sonra elan olunacaq.

.
www.ÇıxışYolu.Com