İŞİD-in Suriyaya hücum planları məlum oldu

İŞİD-in Suriyaya hücum planları məlum oldu

Baxış sayı: 4. 088 dəfə baxılıb.

“İslam dövləti” qruplaşması ölkənin şərqində, İraqla sərhəd yaxınlığında yerləşən Suriya qüvvələrinin mövqelərinə irimiqyaslı hücum məqsədilə qüvvələrini toplayır. 

ÇıxışYolu.Com-nun “Al-Masdar News” nəşrinə istinadən verdiyi məlumata görə, terrorçular Fərat və Xabur çayları boyunca yerləşən əsas rayonları öz nəzarəti altına qaytarmağa çalışacaq.

Orada bir neçə iri şəhər, o cümlədən neftlə zəngin bir sıra ərazilər yerləşir. 

Bu informasiya həqiqətə uyğun olarsa, ABŞ-ın dəstəklədiyi, Dəyr-əz-Zor və Əl-Xasaka əyalətlərində yerləşən Suriya hərbi hissələri minlərlə yaraqlının hədəfinə çevrilə bilər. 

Suriya və İraq hərbi hissələrinin mövqeləri İŞİD-ə nisbətən kifayət qədər zəifdir.

www.ÇıxışYolu.Com