Suriyaya raket zərbələri endirildi

Suriyaya raket zərbələri endirildi

Baxış sayı: 3. 087 dəfə baxılıb.

Ötən axşam Suriyanın müxtəlif rayonlarındakı hökumət qüvvələrinə və iranlı milislərə məxsus hərbi bazalar raket hücumuna məruz qalıb. 

ÇıxışYolu.Com xəbər verir ki, Suriya İnsan Haqları Təşkilatı raketlərin Hama şəhərindən qərbdəki 47-ci briqadanın baş qərargahına, eləcə də, Hələb aeroportunun yaxınlığındakı bazalara atıldığını açıqlayıb. 

Məlumatlara görə, partlayış səsləri Hama şəhərindən 60 kilometr şimal-şərqdəki Nahar al-Bard bazasından da eşidilib. Partlayışlar zamanı onlarla insan həlak olub və yaralanıb. 

Suriya dövlət mediyası hücumların İsrail tərəfindən həyata keçirilə biləcəyi ilə bağlı məlumat yayıb. İsrail Silahlı Qüvvələrinin nümayəndələri hadisələri şərh etmir.

Bundan əvvəl İsrail müdafiə naziri Aviqdor Liberman demişdi ki, İsrail Suriyadakı hərbi əməliyyatlara haqq qazandırır.

“Biz Rusiyanın olduğu yerlərə hücum etmək və Suriyanın daxili işlərinə qarışmaq niyyətində deyilik”, – Liberman bildirib. O qeyd edib ki, İsrailin əsas problemi İrandır.   

www.ÇıxışYolu.Com