Fransanın müdafiə nazirliyi öz “Twitter” səhifəsində gecə saatlarında çoxtəyinatlı freqatdan Suriyaya buraxılmış raketlərin görüntüsünü yayıb.
ÇıxışYolu.Com xəbər verir ki, nazirliyin bəyanatına görə, zərbənin hədəfi “Suriya rejiminin kimyəvi silah istehsal etdiyi” obyekt olub.
Kadrlarda buraxılışın idarəetmə mərkəzini görmək olur. Freqatda olan hərbçilərdən biri açarı çevirərək “start” rejiminə keçirir, daha sonra üç raket havaya qalxır.
Suriyanın bombalanması aprelin 14-dü gecə saatlarında başlayıb. Hərbi və mülki obyektlərə 100-dən çox qanadlı raket buraxılıb. Suriya tərəfinin məlumatına görə, onların böyük hissəsi havada dəf edilib.
Tir d’un missile de croisière naval depuis une de nos frégates multimissions cette nuit en Méditerranée. Objectif : un site de production d’armes chimiques du régime syrien. pic.twitter.com/A4hO0EtkvQ
— Florence Parly (@florence_parly) 14 April 2018