Florida (ABŞ) sakini Riçard Dennis ad gününə sürpriz etmək istəyən kürəkəni Kristofer Berqanı təsadüfən güllələyib.
“People” xəbər verir ki, Berqan qaynatasını təbrik etmək üçün xəbərdarlıq etmədən Norveçdən ABŞ-a gəlib.
Yerli polisin bildirdiyinə görə, hadisədən bir gün qabaq Berqan evinə gələn başqa bir adamla mübahisə edib və onu qovub.
Nəticədə kolluqdan atılaraq onu təəccübləndirmək istəyən kürəkəni ürəyindən güllə yarası alıb. Hadisə yerinə gələn həkimlər cavan oğlanın öldüyünü bildiriblər.