729e0541-b6e0-4a71-85f4-28521da12911..jpg

Sursat dolu təyyarə İsraildə eniş etdi – VİDEO

Baxış sayı: 433 dəfə baxılıb.

Sursat dolu təyyarə İsraildə eniş etdi – VİDEO

İsrail ordusu üçün sursat daşıyan ilk ABŞ təyyarəsi İsrailə çatıb.

Bu barədə İsrail ordusunun Mətbuat Xidmətindən məlumat verilib.

“ABŞ hərbi sursatları ilə yüklənmiş ilk təyyarə İsrailə enib. Təyyarə gecə
saatlarında Nevatim bazasına eniş edib. Sursatlar əhəmiyyətli zərbələr endirmək
və əlavə döyüş ssenarilərinə hazırlıq üçün nəzərdə tutulub”, – deyə məlumatda
bildirilib.

İsrail hərbçiləri dəstəyinə görə ABŞ-yə minnətdarlıqlarını bildiriblər.

“Bizim ortaq düşmənlərimiz bilirlər ki, ordularımız arasında əməkdaşlıq heç
vaxt olmadığı qədər güclüdür və regionda təhlükəsizliyin, sabitliyin təmin
edilməsi üçün əsas amillərdəndir”, – deyə məlumatda qeyd edilib.

Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Co Bayden oktyabrın 7-dən bəri İsrail
Baş naziri Benyamin Netanyahu ilə apardığı üçüncü telefon danışığı, eyni
zamanda, Ağ Evdə Fələstin-İsrail münaqişəsi ilə bağlı çıxışı zamanı Vaşinqtonun
zərurət yaranarsa, Yaxın Şərqə əlavə hərbi qüvvələr yerləşdirməyə hazır
olduğunu bəyan edib. Həmçinin, regionda vəziyyətin pisləşməsindən sui-istifadə
etməyə çalışanların ola biləcəyini də vurğulayıb. Bundan əlavə, Bayden bildirib
ki, onun administrasiyası İsrailə təcili hərbi yardım göstərmək üçün ABŞ
Konqresindən vəsait istəmək niyyətindədir.

Mənbə: TASS

Source link