Nəsimi rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
ÇıxışYolu.Com xəbər verir ki, qəza metronun “28 May” stansiyasının yaxınlığında qeydə alınıb.
Bəxtiyar adlı sürücü idarə etdiyi “Haval” markalı minik avtomobili yolu keçmək istəyən 1995-ci il təvəllüdlü Haqverdiyeva Aygün Əlizamin qızını vurub.
Hadisəni törədən Bəxtiyar adlı şəxs yaralını xəstəxanaya çatdırıb.
A.Haqverdiyevaya qapalı kəllə-beyin travması, baş beyinin silkələnməsi diaqnozu qoyulub.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.
Kamil Əmirli
Elşad Mətləboğlu