61fe89f7-c2f6-411e-aa48-46c3e5414bc0..jpg

Sürücülər yük avtomobillərinə qoyulan qadağalara etiraz edirlər – VİDEO

Baxış sayı: 792 dəfə baxılıb.

Sürücülər yük avtomobillərinə qoyulan qadağalara etiraz edirlər – VİDEO

Abşeron rayonunda sürücülər idarə etdikləri yük avtomobillərinə qoyulan
qadağalara etiraz edirlər.

Xezerxeber.az-ın məlumatına görə, onlar Baş Dövlət Yol Polisi İdarəsinin
qarşısına toplaşaraq sənəddə (texniki pasportda) 59 ton çəki göstərildiyi
halda, bunun 32 tona endirilməsini düzgün hesab etmirlər.

Sürücülərin iddia edirlər ki, yük avtomobillərində hər oxa görə 8 tona icazə
verilib. Bu da bir yük avtomobilində 4 ox olmaqla hesablanır. Belə olan halda
apardıqları yük azalır və qazanc əldə edə bilmirlər. Onlar avtomobillərdə yükə
görə təyin olunan çəkinin ən azı iki ton qaldırılmasını isitəyirlər.

Şikayətçilər bildirirlər ki, bəzi sürücülər məcburiyyətdən artıq yük vururlar
və bu da onlara baha başa gəlir. Yol polisləri onlara birinci dəfə 600 manat,
bu hal ikinci dəfə təkrarlanarsa 1200 manat cərimə yazır.

Baş Dövət Yol Polis İdarəsinin ictimai qurumlarla əlaqə şöbəsindən verilən
məlumata görə, ötən gün bir qrup şəxsin sözügedən məsələ ilə bağlı müraciəti
nəzərə alınaraq onlar tərəfindən seçilmiş nümayəndə rəhbərlik tərəfindən qəbul
olunaraq dinlənilib. Qəbul zamanı qaldırılan məsələ ilə əlaqədar
qanunvericilikdə, o cümlədən Nazirlər Kabinetinin müvafiq qərarında, DYP-nin
fəaliyyətini tənzimləyən normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydalar
barədə onlara ətraflı məlumat verilib.

Daha ətraflı süjetdə:


Source link