5773fa0d-db64-489b-b232-774719f4dab2..jpg

Sürücülərin nəzərinə: Bakının mərkəzində küçə asfatlanır

Baxış sayı: 911 dəfə baxılıb.

Sürücülərin nəzərinə: Bakının mərkəzində küçə asfatlanır

Bakının mərkəzi prospektində asfalt örtüyü dəyişdirilir, bununla əlaqədar yol
polisi sürücülərə müraciət edib.

Bu barədə Cixisyolu.com-a Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş
inspektoru polis mayoru Araz Əsgərli bildirib.

“Paytaxtın Neftçilər prospekti boyunca Rəsul Rza küçəsi ilə kəsişmədən Bülbül
küçəsi ilə kəsişməsinədək asfalt örtüyünün dəyişdirilməsi məqsədilə təmir bərpa
işləri aparılır. Bunu nəzərə alaraq sürücülərdən həmin ərazilərdə şəxsi
avtomobillərdən mümkün qədər az istifadə etməyi xahiş edirik”, – o deyib.

Source link