5eee439f-cc93-4c3b-a894-04800263316f..jpg

Sürücülərin NƏZƏRİNƏ: Paytaxtın hansı küçəsində yolun bir hissəsi bağlandı?

Baxış sayı: 708 dəfə baxılıb.

Sürücülərin NƏZƏRİNƏ: Paytaxtın hansı küçəsində yolun bir hissəsi bağlandı?

Paytaxtın Səbail rayonu Ziya Yusifzadə küçəsində yolun bir hissəsi bağlanıb.

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin baş inspektoru
Araz Əsgərli APA-ya bildirib buna səbəb Qurban Abbasov küçəsi ilə Ziya
Yusifzadə küçəsinin kəsişməsində yerləşən qəzalı binanın söküntüsüdür.

“Yolda hərəkət məhdudlaşdırılmaqla istiqamət dəyişdirilib. Ziya Yusifzadə
küçəsində ikitərəfli hərəkət təşkil edilib. Sürücülərdən bu dəyişikliyi nəzərə
almağı xahiş edirik!”, – deyə baş inspektor bildirib.

Source link