d91640d6-c553-4091-abbb-6405804131c5..jpg

Sürücülərin NƏZƏRİNƏ: 100 AZN cərimə oluna bilərsiniz – FOTO/VİDEO

Baxış sayı: 456 dəfə baxılıb.

Sürücülərin NƏZƏRİNƏ: 100 AZN cərimə oluna bilərsiniz – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son günlər xüsusi təyinatlı nəqliyyat vasitələrinin, əsas da təcili tibbi
yardım maşınlarının ardınca maşın sürüb, sui-istifadə hallarına yol vermə
halları ilə tez-tez qarşılaşırıq.

Belə hallara yol verməmək üçün sürücülərə çağırış edən Bakı şəhər Dövlət Yol
Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Baku.ws-ə
açıqlamasında bildirib ki, vətəndaşlar bu növ nəqliyyat vasitələrinə qarşı
məsuliyyətli olmalıdırlar:

“Keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsinə
və ya mütəşəkkil nəqliyyat dəstələrinə qoşularaq hərəkətə davam olunmasına görə
İnzibati Xətalar Məcəlləsinin 331-ci maddəsinə uyğun olaraq 100 manat
məbləğində cərimə və 3 cərimə balı nəzərdə tutulur. Bütün hərəkət iştirakçıları
xüsusi təyinatlı nəqliyyat vasitələrinə yol verməlidirlər. Onların yoluna maneə
yaratmaqla hərəkətləri ardıcıl, davamlı, mütəşəkkil dəstələrə qoşulmaqla edən
şəxslər unutmasınlar ki, onlar özlüyündə inzibati məsuliyyət daşıyırlar.
Bununla yanaşı, bu növ nəqliyyat vasitələrini idarə edən, operativliyin təmini
üçün nəzərdə tutulan işləri həyata keçirən şəxslərə maneə yaradılmaqla mənəvi
öhdəlik də daşıyırlar.

Hər bir vətəndaşımızdan məsuliyyətli olmağı xahiş edirik. Operativ nəqliyyat
vasitələrinin hər hansısa birimizin qapısına müxtəlif vaxtlarda gözlənilməyən
hallarda gələ biləcəyini də unutmamalıyıq”.


Source link