02d05d7d-903e-4726-b370-5827b9a4ca72..jpg

Sürücülük hüququ olmadan avtomobil idarə edən şəxs həbs edildi – FOTO/VİDEO

Baxış sayı: 711 dəfə baxılıb.

Sürücülük hüququ olmadan avtomobil idarə edən şəxs həbs edildi – FOTO/VİDEO

Mingəçevir Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları
tərəfindən şəhər ərazisindəki avtomobil yollarında hərəkətin təhlükəsizliyinin
təmin edilməsi məqsədilə nəzarət-yoxlama tədbirləri keçirilib

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən
məlumata görə, keçirilən tədbir zamanı şəhər sakini Rəşad Zeynalov idarə etdiyi
VAZ-2107 markalı avtomobildə konstruksiya dəyişikliyi etdiyi üçün ona “saxla”
işarəsi verilib.

Yoxlama zamanı R.Zeynalovun sürücülük hüququnun olmadığı da müəyyən edilib.
Ona törətdiyi qayda pozntuları izah olunsa də, ancaq sürücü polis əməkdaşının
qanuni tələbinə məhəl qoymayıb. Həmin şəxs polis şöbəsinə dəvət edilib və
sürücülük hüququ olmadan nəqliyyat vasitəsi idarə etdiyinə, eləcə də
avtomobildə əlavə konstruksiya dəyişikliyinə yol verdiyi üçün barəsində
İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunub.
Polis əməkdaşının qanuni tələbinə məhəl qoymadığı üçün isə toplanmış
materiallar hüquqi qiymət verilməsi üçün şəhər məhkəməsinə göndərilib.
Məhkəmənin də qərarı ilə R.Zeynalov barəsində 10 sutka inzibati həbs tənbeh
tədbiri tətbiq olunub.

Source link