b61c2f98-b553-4314-a00d-62d469a90bf8..jpg

Sürücülük hüququ olmayan sərxoş şəxs ustaları vurub: Ölən var

Baxış sayı: 972 dəfə baxılıb.

Sürücülük hüququ olmayan sərxoş şəxs ustaları vurub: Ölən var

Saatlıda sərxoş və sürücülük hüququ olmayan şəxs təmir sexində işləyən
ustaları avtomobilə vurub.

APA xəbər verir ki, Babayev Seyran Fərhad oğlu nəqliyyat vasitəsini idarə
etmək hüququ olmadan, sərxoş halda, təmir üçün ona verilən avtomobillə təmir
məntəqəsinin həyətindən binaya daxil edərkən ustalar – Saatlı şəhər sakinləri
1988-ci il təvəllüdlü Xankişiyev Mircəfər İlqar oğlunu və 1969-cu il təvəllüdlü
Qənbərov Möhübbət Qənimət oğlunu vurub.

Nəticədə Möhübbət Qənbərov ölüb, Mircəfər Xankişiyev isə xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Source link