Sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən şəxsə hökm oxundu
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Gəncə Ağır Cinayətlər Məhkəməsində avtomobillə piyadanı vuraraq öldürməkdə
təqsirləndirilən Habil Fərhadovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı
başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Mikayıl Məmmədzadənin sədrliyi
ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü o, 6 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən
şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs
qətimkan tədbirinə dəyişdirilib və Habil Fərhadov məhkəmə iclası zalında həbs
olunub.
İttihama görə, hadisə 26 iyul 2023-cü il tarixdə saat 9 radələrində Gəncə
şəhəri, Atabəylər prospektində qeydə alınıb.
Belə ki, Habil Fərhadov sürücülük vəsiqəsi olmadan, ayıq vəziyyətdə idarə
etdiyi “NAZ Lifan 320” markalı avtomobillə hərəkətdə olarkən yolu qarşı tərəfə
keçmək istəyən piyada, 1994-cü il təvəllüdlü Rəşad Namazovu vurub. Nəticədə
piyada aldığı xəsarətlərdən yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.
Daha sonra Habil Fərhadov cinayət məsuliyyətinə cəlb edilib.
Rəşad Namazovun atası məhkəmədə dindirilərkən bildirib ki, oğlu nişanlı olub,
hadisənin baş verdiyi ərəfələrdə toyu olacaqmış.