ed99341d-de12-4fe4-a2aa-f5277552c750.jpg

Sürüşmə baş verən Bakı Kənar Dairəvi Yolunda 6.5 metr uzunluğunda hissə qırılıb

Baxış sayı: 221 dəfə baxılıb.

“Bakı Kənar Dairəvi Yolunun sol tərəfində, yamacın yuxarı hissəsində mövcud
karnizşəkilli süxur kütlələrindən 6.5 metr uzunluğunda bir hissə qırılıb”.

Bunu Cixisyolu.com-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji
Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev bildirib.

O qeyd edib ki, bu, sürüşmə prosesi olmasa da, ekzogen-geoloji prosesin bir
növüdür.

“Hazırda müvafiq qurumlar tərəfindən qırılan süxur kütləsinin götürülməsi
istiqamətində tədbirlər görülür”, – deyə Ə.Əliyev vurğulayıb.

09:08

“Bakı Kənar Dairəvi avtomobil yolunun sol tərəfində baş verən sürüşmə

nəticəsində xəsarətlə nəticələnə biləcək hər hansı hadisə baş verməyib”.

Bu açıqlamanı Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis leytenantı
Elvin Hacıyev Cixisyolu.com-ın sorğusuna cavab olaraq verib.

O qeyd edib ki, sözügedən ərazidə hazırda tam şəkildə təhlükəsizlik tədbirləri
görülür.

“Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə YPX Bölüyünün
əməkdaşları və eləcə də aidiyyəti qurumların əməkdaşları ilə birlikdə ərazidə
lazımi tədbirləri görürlər. Həmin istiqamətdə sürücülərin təhlükəsizliyi tam
şəkildə təmin edilib”, – deyə E.Hacıyev bildirib.

Qeyd edək ki, hadisə dünən saat 16 radələrində Bakı Kənar Dairəvi avtomobil
yolunun 6-cı kilometrliyində qeydə alınıb. Hadisə zamanı Qaradağ rayonu,
Lökbatan yolu ərazisində qaya parçaları qırılaraq yolun hərəkət hissəsinə uçub.
Yolda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Əzizə İsmayılova

Source link