c66877be-89b1-4a4c-8f9f-5045678dd5e5..jpg

“Survivor-2024”ə polis basqını oldu: “İki ölkənin hüquq-mühafizə orqanı bir-birinə qarışdı” – VİDEO

Baxış sayı: 651 dəfə baxılıb.

“Survivor-2024”ə polis basqını oldu: “İki ölkənin hüquq-mühafizə orqanı
bir-birinə qarışdı” – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məşhur türkiyəli iş adamı və teleaparıcı Acun İlıcalı “Survivor All Star-2024”
proqramının son bölümündə yarışçılara qarşı həyata keçirilən polis əməliyyatı
ilə bağlı açıqlama verib.

“Məni bir çox hadisələr təəccübləndirib, amma bu, digərlərindən daha
maraqlıdır. İndiyə qədər belə bir şey görməmişəm. Telefona zəng gəlir, mənə
xəbər verirlər ki, Dominikan polisi əməliyyat keçirib və bizimkiləri aparıb”, –
deyə o, hadisə barədə xəbər verib.

Acun İlıcalının sözlərinə görə, proqramının iştirakçılarından biri olan Seda
Aktuğlu mükafatlandırma mərasiminə gedərkən Kolumbiya hava limanında bir qadına
yaxınlaşıb və telefondan istifadə üçün icazə istəyib.

“Atasına göndərdiyi mesajda “Məni qaçırdılar, acam, çətinlik çəkirəm” kimi
ifadələr işlətdiyi üçün telefon sahibi baş verənləri səhv başa düşüb. Seda
Aktuğlunun qaçırıldığını düşünərək vəziyyəti polisə xəbər verib.

Nəticədə yarış iştirakçılarının olduğu təyyarə Dominikaya çatanda polis
göyərtəyə basqın edib və Sedanı aparıb, heç kəsə müdaxilə etməyə imkan
verməyib. Seda Aktuğlu hadisəni polisə başa saldıqdan sonra onları təyyarədən
düşürüblər”, – deyə Acun bildirib.

“Seda iki ölkənin polis idarələrini bir-birinə qatıb”, – deyə İlıcalı qeyd
edib.

İş adamı həmçinin Seda Aktuğlunun cəzalandırıldığını və beş mükafatdan
yararlana bilməyəcəyini vurğulayıb.

Mənbə: “Sputnik” Türkiye


Source link