dad41bb1-ecb2-49d9-b3c5-515d005b2600..jpg

“Survivor” iştirakçısı zəlzələdə sevgilisini itirdi: “Biz yarıda qalmadıq, məhşərə qaldıq” – FOTO

Baxış sayı: 2. 643 dəfə baxılıb.

“Survivor” iştirakçısı zəlzələdə sevgilisini itirdi: “Biz yarıda qalmadıq,
məhşərə qaldıq” – FOTO

Fevralın 6-da Kahramanmaraşda baş verən 7,7 bal gücündə zəlzələdə “Survivor”
iştirakçısı Aşkım Burçe Tunayın sevgilisi Yiğit Can Datlı həyatını itirib.

“Survivor-2020” mövsümü ilə tanınan gimnast Aşkım Burçe acı xəbəri sosial
şəbəkədə paylaşıb. O, sevgilisi ilə çəkdirdiyi videosunu yayımlayıb.

“Allah deyir ki, kimi məndən çox sevsən, onu səndən alaram. Və əlavə edir ki,
“Onsuz yaşaya bilmərəm”, – demə, səni onsuz yaşadaram. Biz yarıda qalmadıq, söz
verirəm, məhşərə qaldıq”, – deyə Aşkım Burçe videoya şərh yazıb.

“Üzünü görməyə cəsarət edə bilmədim ilk əvvəl. Əslində bu, mənim özümü
aldatmaq üsulum idi, çünki üzünü görsəydim, həyatda olmadığına inanmaq
məcburiyyətində qalacaqdım artıq… Amma son dəfə baxmalı idim sənə, son dəfə
səni sevdiyimi deməli idim. Bilirəm, haradansa məni izləyirsən. Qəlbim sənin
evindir, söz verirəm, o evə çox yaxşı baxacağıma söz verirəm”, – deyə o əlavə
edib.

Mənbə: Haber Global

Source link