beee8e9e-5aee-437c-94ff-3b7b4c3a0680..jpg

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının 2026-cı il üçün turizm paytaxtı seçilib

Baxış sayı: 422 dəfə baxılıb.

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının 2026-cı il üçün turizm paytaxtı seçilib

2023-cü ildə İqtisadi Əməkdaşlıq Təşkilatında Azərbaycan Respublikasının
sədrliyi çərçivəsində 4-5 oktyabr 2023-cü il tarixində İran İslam
Respublikasının Ərdəbil şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv
dövlətlərin yüksək səviyyəli turizm ekspertlərinin yeddinci görüşü və turizm
nazirlərinin 5-ci iclası keçirilib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumat yayıb.

Məlumata görə, qeyd edilən iclaslarda Azərbaycan Respublikasını Dövlət Turizm
Agentliyinin nümayəndə heyəti təmsil edib.

Tədbir çərçivəsində üzv dövlətlər arasında turizm sahəsi üzrə mövcud
əməkdaşlıq perspektivlərinə dair geniş müzakirə aparılıb, müvafiq sahə üzrə
qarşılıqlı əlaqələrin daha da gücləndirilməsi istiqamətində görüləcək tədbirlər
nəzərdən keçirilib.

İclasda səsvermə nəticəsində Şuşa şəhəri İqtisadi Əməkdaşlıq Təşkilatının
2026-cı il üçün turizm paytaxtı seçilib.

Sonda İƏT-in bu qərarı Ərdəbil Bəyannaməsində əks olunub.

Source link