0a681a5e-0acb-4759-a545-83074d18e39e.jpg

“Şuşa” musiqili filmi məşhur yayım platformasında təqdim olunub

Baxış sayı: 34 dəfə baxılıb.

Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin
təşkilatçılığı, Heydər Əliyev Mərkəzi və Bakı Media Mərkəzinin dəstəyi ilə
çəkilən “Şuşa” adlı film “Stigmart” məşhur musiqili yayım platformasında
yerləşdirilib.

Cixisyolu.com xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, beynəlxalq layihə olaraq “Altea Media” şirkəti tərəfindən lentə
alınan film Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin və klassik musiqi
irsimizin dünyada təbliği məqsədi daşıyır.

Filmdə Şuşa ilə bağlı arxiv materialları və şəhərin müasir ecazkar görüntüləri
Xalq artisti Murad Hüseynovun pianoda Fikrət Əmirov, Qara Qarayev, Tofiq
Quliyev, Adil Bəbirov kimi görkəmli bəstəkarlarımızın klassik əsərlərini ifası
ilə müşayiət olunur.

Eyni zamanda, Qarabağ xalçaları və Xalq rəssamı Arif Hüseynov, gənc rəssamlar
Leyla Əliyeva və Anar Hüseynzadənin əsərləri təqdim edilir. Filmdə AzTV, Milli
Arxiv İdarəsi və “Azərxalça” ASC tərəfindən təqdim edilmiş materiallardan
istifadə olunub.

Filmin dünyanın ən məşhur musiqi kanallarından hesab edilən “Mezzo TV”də də
yayımlanması nəzərdə tutulur.

Source link