Şuşa şəhərində peşə məktəbinin və kollecin binalarına baxış – YENİLƏNİB + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban
Əliyeva noyabrın 7-də Şuşa şəhərində peşə məktəbinin və kollecin binalarına
baxış keçiriblər.
AZƏRTAC
xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına və
birinci xanıma görüləcək işlər barədə məlumat verdi.
Bildirildi ki, peşə məktəbi və kollec Şuşanın tarixi Hamamqabağı, Seyidli və
Culfalar məhəllələrində yerləşir. Sovet dövründə həmin ərazidə keçmiş kənd
təsərrüfatı texnikumu və onun yataqxanası yerləşirdi. Həmin ərazidə peşə
məktəbi də tikilmişdi.
Prezident İlham Əliyev peşə məktəbinin və kollecin ərazisinə baxıb, tapşırıq
və tövsiyələrini verib.
15:39
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident
Mehriban Əliyeva noyabrın 7-də Şuşa şəhərində peşə məktəbinin və kollecin
binasına baxıblar.
Bu barədə AZƏRTAC
məlumat yayıb.