Şuşa sakini: “Çox şükür bayramı ata yurdumuzda qeyd edirik” – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Vətən müharibəsindəki qələbədən sonra Azərbaycan xalqı Novruzu artıq dördüncü
ildir ki, zəfər sevinci ilə qeyd edir. Novruz tonqalları artıq işğaldan azad
edilən ərazilərdə də alovlanır.
Baku TV-nin əməkdaşı bayram axşamında Şuşada, elə şuşalı ailənin qonağı olub,
bayramı onlarla birlikdə keçirib.
“Şuşadan ayrılanda mənim doqquz yaşım var idi, zaman keçdikcə vətənsizliyin
ağrı-acısını hiss etməyə başladıq. Çox şükür ki, bu gün Şuşada, ata yurdumuzda
bayramı qeyd edirik. Qeyri-adi hisslərdir, sözlə ifadə etmək mümkün deyil”, –
Şuşa sakini Hüseyn Həsənov deyib.
Ətraflı süjetdə: