08f45ee8-db23-4f25-9e3c-a16f6521343c..jpg

“Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı-2023” ilinin rəsmi bağlanış mərasimi – YENİLƏNİB + FOTO/VİDEO

Baxış sayı: 454 dəfə baxılıb.

“Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı-2023” ilinin rəsmi bağlanış
mərasimi – YENİLƏNİB + FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı – 2023” ilinin rəsmi bağlanış
mərasimi keçirilib.

“Report” xəbər verir ki, mərasimdə “Şuşa – Türk dünyasının mədəniyyət
paytaxtı” ili çərçivəsində keçirilən tədbirlər haqqında videoçarx nümayiş
etdirilib.

Daha sonra tədbir iştirakçıları Türkmənistanın Anev şəhəri ilə bağlı
videoçarxı izləyiblər.

Mərasimdə Azərbaycan, Türkmənistan və Özbəkistandan olan incəsənət ustalarının
və gənc istedadların iştirakı ilə konsert proqramı təqdim edilib.

Sonda xatirə fotosu çəkdirilib.

Qeyd edək ki, TÜRKSOY-un “Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin
əsası 2010-cu ildə türkdilli ölkə başçılarının İstanbulda keçirilən sammitində
qoyulub. Qərara əsasən, Türk dünyasından hər il bir şəhər “mədəniyyət paytaxtı”
elan edilir. Ötən illərdə Astana (2012, Qazaxıstan), Əskişəhər (2013, Türkiyə),
Kazan (2014, Tatarıstan – RF), Mərv (2015, Türkmənistan), Şəki (2016,
Azərbaycan), Türküstan (2017, Qazaxıstan), Kastamonu (2018, Türkiyə), Oş (2019,
Qırğızıstan), Xivə (2020, Özbəkistan; pandemiya ilə bağlı bu şəhərdə tədbirlər
2021-ci ildə keçirilib) və Bursa (2022, Türkiyə) şəhərləri “Türk dünyasının
mədəniyyət paytaxtı” olub. Şuşa Türk dünyasından bu missiyanı qəbul edən 11-ci
şəhər idi.

Bildirək ki, Şuşa şəhəri 2024-cü ildə “İslam dünyasının mədəniyyət paytaxtı”
missiyasını yerinə yetirəcək.

12:41

Şuşada Mədəniyyət Nazirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə “Şuşa –
Türk dünyasının mədəniyyət paytaxtı-2023” ilinin rəsmi bağlanış mərasimi
keçirilir.

“Report” xəbər verir ki, tədbir Azərbaycan Respublikası Prezidentinin Şuşa
şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı
tədbirlər haqqında sərəncamına uyğun olaraq gerçəkləşir.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi
nümayəndəsi Aydın Kərimov, mədəniyyət naziri Adil Kərimli və Azərbaycanın
TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı, Azərbaycanın və türk dövlətlərinin
mədəniyyət və incəsənət xadimləri, o cümlədən digər qonaqlar iştirak edirlər.

Xatırladaq ki, 2022-ci il martın 31-də Türkiyənin Bursa şəhərində Beynəlxalq
Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirləri Daimi
Şurasının iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2023-cü il
üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilmişdi. “Paytaxt ili”
çərçivəsində Şuşada müxtəlif səpkili tədbirlər keçirilib, qədim şəhərin
tarixi-mədəni zənginlikləri təbliğ olunub.

Source link