87e5f9c7-c438-49dc-bb0f-77ec46e55e04..jpg

Şuşa və Xivə şəhərləri arasında sənəd imzalanıb – FOTO

Baxış sayı: 779 dəfə baxılıb.

Şuşa və Xivə şəhərləri arasında sənəd imzalanıb – FOTO

Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın
Kərimov Özbəkistanın İnvestisiyalar, Sənaye və Ticarət Nazirliyi, Azərbaycanın
İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi
Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə 1-ci Azərbaycan – Özbəkistan
Regionlararası Forumu çərçivəsində bu ölkədə səfərdə olub.

Səfər çərçivəsində tarixi Şuşa və Xivə şəhərləri arasında qarşılıqlı
əməkdaşlığın daha da möhkəmlənməsi məqsədilə ikitərəfli sənəd imzalanıb.

Tədbirdə çıxışı zamanı Aydın Kərimov tarixi Şuşa şəhəri, orada görülən abadlıq
və quruculuq, təmir-bərpa işləri haqqında məlumat verib, imzalanmış ikitərəfli
sənədin gələcək əməkdaşlıqda mühüm rol oynayacağını diqqətə çatdırıb.

Source link