4d4b5023-ef30-495f-ad02-c9615d3e6717..jpg

Şuşa yolunda betonqarışdıran avtomobil aşıb, ölən və yaralanan var – YENİLƏNİB + FOTO

Baxış sayı: 418 dəfə baxılıb.

Şuşa yolunda betonqarışdıran avtomobil aşıb, ölən və yaralanan var – YENİLƏNİB
+ FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xocavənd rayonu ərazisində avtomobil qəzası olub.

APA-nın Qarabağ bürosu xəbər verir ki, hadisə Füzuli-Şuşa yolunun Xocavənd
rayonunun Böyük Tağlar kəndindən keçən hissəsində qeydə alınıb. Neftçala rayon
sakini 1978-ci il təvəllüdlü Rahil Ağayevin idarə etdiyi “DAF” markalı
betonvuran yük avtomobili hərəkətdə olan zaman idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində sərnişin – Biləsuvar rayon sakini 1976-cı il təvəllüdlü Elçin
Nəzərov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sürücü isə müxtəlif dərəcəli
xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş
inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib. Bildirib ki, faktla
bağlı Xocavənd RPŞ-də cinayət işi başlanıb, istintaq aparılır.

11:13

Şuşa yolunda betonqarışdıran avtomobil idarəetmədən çıxaraq aşıb.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə nəticəsində Biləsuvar rayon
sakinləri, sürücü Rahil Ağayev yaralanıb, Elçin Nəzərov isə ölüb.

Ağır vəziyyətdə olan yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Source link