Bu ilin yanvar-avqust ayları ərzində xarici ölkələrdən Azərbaycana gələn
turistlər Şuşada 1 535 gecə keçiriblər.
Yeniavaz.com xəbər verir ki, əcnəbi turistlər arasında ən çox Qazaxıstan
vətəndaşları Şuşa şəhərində gecələyiblər.
Bu ilin ilk 8 ayında Qazaxıstan vətəndaşları Şuşada 153 gecə keçiriblər. Ən az
gecə keçirənlər isə Moldova vətəndaşları olublar – cəmi 1 gecə.
Qeyd edək ki, əcnəbi turistlərin Şuşa şəhərində keçirdiyi gecələmələrin
ölkələr üzrə sayı aşağıdakı kimi olub:
Qazaxıstan – 153 gecə;
Macarıstan – 81 gecə;
Rusiya – 64 gecə;
Özbəkistan – 56 gecə;
Qırğızıstan – 34 gecə;
Pakistan – 20 gecə;
ABŞ – 11 gecə;
Belarus – 10 nəfər;
Bolqarıstan – 8 gecə;
Gürcüstan – 7 gecə;
İsrail – 7 gecə;
Böyük Britaniya – 6 gecə;
Birləşmiş Ərəb Əmirlikləri – 6 gecə;
Oman – 5 gecə;
Almaniya – 4 gecə;
İtaliya – 3 gecə;
Litva – 3 gecə;
Misir – 3 gecə;
Moldova – 1 gecə;
Digər ölkələr – 533 gecə.