Şuşada 15 tarixi abidə tam bərpa olunub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Şuşa şəhərinin bərpası və yenidən qurulması onun tarixi görünüşünü qorumaqla
aparılır və burada 15 tarixi abidə tam bərpa olunub.
“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi
nümayəndəsi Aydın Kərimov “Müasir şəhərsalma və enerji effektivliyinin
əhəmiyyəti – Şuşa modeli” panelində deyib.
“Şuşada 12 əsas kvartal mövcuddur. Həm qarışıq, həm ticarət, həm də turistlər
üçün xüsusi kurort ərazilər ayrılıb. Şəhərdə, həmçinin birmərtəbəli,
ikimərtəbəli və beşmərtəbəli binaların tikintisinə başlanılıb. Dövlət binaları
və sosial binalar da tikilir. Cənub yaşayış massivində 23 binadan ibarət
yaşayış kompleksi hazırdır. Binalara qaz çəkilişi işləri yekunlaşmaq üzrədir və
bu ilin sonunadək istilik sisteminə qoşulacaq”, – deyə A.Kərimov qeyd edib.