3f399ea1-ec28-44da-8f42-31482c04d8af..jpg

Şuşada ağır qəzada ölənlərin sayı altıya çatdı

Baxış sayı: 410 dəfə baxılıb.

Şuşada ağır qəzada ölənlərin sayı altıya çatdı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şuşanın Daşaltı kəndində ağır yol-nəqliyyat hadisəsində xəsarət alan sürücü də
ölüb.

“Report”un məlumatına görə, qəza nəticəsində ağır xəsarətlər alan Sabirabad
rayonunun Əlilləmbəyli kəndindən olan Elvin Abbasov müalicə olunduğu
xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, hadisə noyabrın 4-də qeydə alınıb.

Belə ki, Elvin Abbasovun idarə etdiyi “Nissan Navara” markalı avtomobil axşam
saatlarında idarəetmədən çıxması nəticəsində yoldan çıxaraq aşıb və yanıb.
Nəticədə avtomobildə olan sərnişinlər – Kamil Qaybalıyev, Rəşad Atakişiyev,
Şahbaz İsayev, Eldəniz Həsənov, Hümbət Hümbətov hadisə yerində yanaraq ölüblər.

Sürücü isə ağır yanıq xəsarətləri ilə xəstəxanaya aparılıb. Sürücünün ölümü
ilə qəza nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.

Source link